Dövlət Gömrük Komitəsi və APDA-nın rəhbərliyi birlikdə görüş keçirib
Dövlət Gömrük Komitəsində “Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının (APDA) üzvləri ilə görüş keçirilib.
Görüşdə konsepsiyanın tətbiqindən irəli gələn məsələlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması, poçt daşımaları və elektron ticarət sahəsində mövcud əməliyyat proseslərinin təhlili, proseslərin rəqəmsal mühitdə daha effektiv idarə olunması məqsədilə sistemlərarası inteqrasiya və məlumat mübadiləsinin gücləndirilməsi, aidiyyəti informasiya sistemləri üzrə uyğunlaşdırma məsələləri və operativ məlumatlandırma mexanizmlərinin tətbiqi imkanları müzakirə edilib.
Qeyd edək ki, hazırda “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kango”, “166 Karqo” və “Findex” Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası-nın üzv şirkətləridir.