APDA-nın İdarə heyətinin iclası keçirilib
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.
İclasda ilk olaraq APDA-nın sədri vəzifəsində səlahiyyət müddəti başa çatan Şaiq Qəribzadənin hesabatı dinlənilmiş, fəaliyyət dövründə Assosiasiyanın inkişafı istiqamətində göstərdiyi xidmətlər və verdiyi töhfələr yüksək qiymətləndirilərək ona təşəkkür edilib.
Daha sonra İdarə Heyəti tərəfindən namizədliyi irəli sürülmüş Nurlan Qurbanovun Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası İctimai Birliyinin sədri vəzifəsinə seçilməsi məsələsinə baxılıb. Səsvermənin nəticələrinə əsasən, Nurlan Qurbanov yekdilliklə növbəti iki il müddətinə assosiasiyanın sədri seçilib.
Həmçinin, İdarə Heyətinin qərarı ilə təsis sənədlərində baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi üçün assosiasiyanın katibliyinə müvafiq səlahiyyət verilib.