Xəbərlər

image
  • 2026-02-23 05:34:39

APDA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında görüş baş tutub

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası (APDA) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. Görüşdə Nazirliyin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin rəhbərliyi və əməkdaşları, eləcə də assosiasiyaya üzv şirkətlərin rəhbərləri iştirak ediblər. Tərəflər poçt və logistika sahəsində baş verən dəyişikliklər, müşahidə olunan yeni tendensiyalar və sektorun potensial inkişaf istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar. Bununla yanaşı, sahənin inkişafını dəstəkləmək məqsədilə müəyyən dəyişikliklərin həyata keçirilməsi üçün Assosiasiya tərəfindən təkliflər planının hazırlanması və təqdim olunması qərara alınıb. Sözügedən layihələrin müzakirəsi üçün yaxın vaxtlarda növbəti görüşün keçirilməsi də planlaşdırılır. Qeyd edək ki, hazırda “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kargolux”, “Kango”, “166 Karqo” və “Findex” Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası-nın üzv şirkətləridir.