APDA ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi arasında görüş keçirilib
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası (APDA) ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi arasında görüş keçirilib. Tədbir Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinə ünvanlanmış müraciət əsnasında baş tutub. Görüşdə İKTA-nın nümayəndələri, eləcə də APDA-ya üzv şirkətlərin rəhbərləri iştirak ediblər. Tərəflər poçt və logistika sahəsində baş verən dəyişikliklər, müşahidə olunan yeni tendensiyalar və sektorun potensial inkişaf istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, hazırda “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kargolux”, “Kango”, “166 Karqo” və “Findex” Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası-nın üzv şirkətləridir.